Baş Mütəxəssis - Data İdarəçiliyi
Innovation and Digital Development Agency
Baku, Azerbaijan · Full Time
Be the first to apply
- Experience
- 3–5 yrs
- Salary
- —
- Openings
- 1
- Posted
- 3 saat önce
- Work mode
- In office
- Education
- Ali təhsil
- Resume
- Required to apply
Where you'll work
Sign in to tell us what does and doesn't work for you here — it sharpens every match we show you.
Job description
Şirkət haqqında
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əsas məqsədi ölkədə rəqəmsal sahənin inkişafını dəstəkləməkdir. Agentlik rəqəmsal transformasiya və innovasiya yönümlü fəaliyyətləri təşkil edir, nüvə elmi və texnologiyalarının sınaq təcrübələrini aparır, elmi-tədqiqat işlərinə və innovativ start-up layihələrinə maliyyə vəsaiti təmin edir, həmçinin müasir texnologiyaların tətbiqini təşviq edir.
Vəzifə Öhdəlikləri
- Data idarəçiliyi ilə bağlı siyasət, standart, prosedur və metodoloji sənədlərin hazırlanmasını təmin etmək.
- Data idarəçiliyi rollarını (data sahibi, data stüard və s.) və idarəetmə strukturlarını (komitələr, işçi qruplar) optimallaşdırmaq.
- Data keyfiyyətini ölçmək, müəyyənləşdirmək və davamlı olaraq monitorinq aparmaq.
- Data idarəçiliyi texniki həllərinin, o cümlədən data kataloqunun idarəsi və qabaqcıl texnologiyaların tətbiqi üzərində işləmək.
- Metadata-nın (təriflər, iş anlayışları və s.) sənədləşdirilməsi və müntəzəm yenilənməsini izləmək.
- Master data idarəetməsi (MDM) təşəbbüslərini dəstəkləmək.
- Məlumatların təsnifatı, gizlilik səviyyələri və təhlükəsizliyini təmin etmək üzrə yardımlar göstərmək.
- Məlumatların həyat dövrünə dair qaydaların tənzimlənməsində iştirak etmək və onlara uyğunlaşmanı dəstəkləmək.
- Data ilə əlaqəli layihələrdə ekspert məsləhətləri vermək, xüsusilə rəqəmsallaşma və inteqrasiya sahələrində.
- Data risklərinin qiymətləndirilməsi və risk azaldılması üçün tədbirlər təklif etmək.
- Data idarəetməsi barədə hesabatlar hazırlamaq.
- Data idarəetmə yetkinlik səviyyəsini qiymətləndirmək, boşluqları müəyyənləşdirib aradan qaldırmaq üçün fəaliyyət göstərmək.
- Agentlik əməkdaşlarının data idarəçiliyi biliklərinin qiymətləndirilməsi və artırılması üçün təlimlər keçirmək.
- Ölkədə Data Governance Strategiyasının həyata keçirilməsində və uyğun arxitektura tətbiqində iştirak etmək.
- Dövlət informasiya ehtiyatlarındakı məlumatların keyfiyyətinin yüksəldilməsi və mərkəzləşdirilmiş data idarəçiliyinin tətbiqi proseslərində iştirak etmək.
- “Dövlət məlumat hövzəsi”nin yaradılması və məlumatların bu hövzəyə inteqrasiyasında iştirak etmək.
- Elektron xidmətlərin təşkili və dövlət informasiya sistemlərinin və ehtiyatlarının fəaliyyətinin qiymətləndirilməsində iştirak etmək.
- Dövlət qurumları və yerli özünüidarə orqanlarının rəqəmsallaşma səviyyəsinin diaqnostikasını həyata keçirmək və nəticələrə əsaslanan Rəqəmsallaşma üzrə Yol Xəritəsinin hazırlanmasında iştirak etmək.
Tələblər
- İnformatika, Statistik, Riyaziyyat, İqtisadiyyat və ya analoji sahədə ali təhsil.
- Data idarəçiliyi sahəsində 3-5 il təcrübə.
- Data idarəetmə çərçivələri (məsələn, DAMA-DMBOK) üzrə dərin biliklər.
- Çox güclü analitik düşüncə, problem həll etmə və qərar qəbuletmə bacarıqları.
- Təşkilat içi və xarici maraqlı tərəflərlə əməkdaşlıq bacarığı.
- OpenMetadata, Ataccama kimi data idarəetmə alətlərində praktik təcrübə.
- Azərbaycan və İngilis dillərində sərbəst danışıq və yazı bacarığı.
- Beynəlxalq data tənzimləmələri və standartları ilə tanışlıq.
- CDMP, ISO 8000 kimi beynəlxalq data idarəçiliyi və ya data keyfiyyəti üzrə sertifikatlar üstünlük təşkil edir.
Minimum education
Bachelor's Degree